Kürək ağrıları, kürəkdə olan əzələlərin gərilməsi nəticəsində, xüsusilə stress, yorğunluq, ağır qaldırma, kondisionerə məruz qalma kimi səbəblərlə ortaya çıxan və bəzi xəstəliklərin əlaməti kimi də görülə bilən ağrı növüdür.
Kürək ağrıları adətən kürəyə gərginlik yaradan vəziyyətlərin əmələ gətirdiyi bir simptomdur. Bağ, toxuma və əzələ zədələnmələri, burxulma, belə gərginlik yaradan ağır qaldırma, pis duruş vəziyyətləri, skolioz kimi onurğa və oynaq deformasiyaları, iltihabı revmatizm, sümük əriməsi, sinir sıxılması və şiş kürək ağrılarının səbəbləridir.
Əzələləri gərginləşdirən, gərilməyə və stresə səbəb olan vəziyyətlər kürək ağrısının ən geniş yayılmış səbəbidir.
Kürək ağrısı zaman içərisində yüngül bir narahatlıqdan gündəlik fəaliyyətləri çətinləşdirəcək qədər şiddətli bir ağrıya qədər inkişaf edə bilər. Gün ərzində pis duruş nümayiş etdirmə, əzələlərin gərginləşməsi, yırtıq kimi disk sürüşməsi problemləri, oynaq iltihabı və gərginlik kürək ağrılarının səbəblərindəndir.
Kürək ağrılarının 10 əsas səbəbi
Bu qeyd etdiyimiz kürək ağrılarından ən azı 2-si sizdə varsa daha çox fəsad yaratmadan həkim müəxəssisə müraciət etməyiniz tövsiyyə olunur.
1.Kürəyin iç tərəfində olan tromboid əzələlərin spazmı
2.Boyundakı lordoz düzləşməsi, yırtıq və s. problemlərin ağrısının kürəyə vurması
3. Fitnes, plates və ya başqa yalnış gücə salacaq hərəkələr
4. Stress və psixismatik ağrılar
5. İş, ailə qayğısı, qəmginik, depresiya və hər şeyə narahat olmaq.
6. Qabırğaların kifayət qədər hərəkətli olmaması
7. Kürək və bel əzələlərin zəif olması, kifayət qədər güclü əzələ toplusu olmaması.
8. Tərləmə və soyuqdeymə
9. Başı aşağı masa başı işdə çox vaxt keçirtmək və ya komputer qarşısında çox vaxt keçirmək.
10. Duruş pozğunluğu. Düzgün qamətin olmaması.