“Life force” proqramı çərçivəsində Amerikada Kayropraktika sahəsinin hər tərəfli dünya gözü ilə kəşf etmək çox maraqlı təcrübə oldu mənim üçün.
Life Universitetinə dəvət üçün və yaratdığı şərait , xüsusi qarşılama üçün dərin minnətdarlığımı bildirirəm.
“Life force” proqramı çərçivəsində Amerikada Kayropraktika sahəsinin hər tərəfli dünya gözü ilə kəşf etmək çox maraqlı təcrübə oldu mənim üçün.






Kayropraktik sənətə olan sevgim və bu sahədə daha da təkmilləşmək arzusu məni 1 il öncə Amerikanın müxtəlif guşələrinə apardı. Life Force Universitetində dünyanın dörd bir yanından gəlmiş tanınmış professorlar və onurğa mütəxəssisləri ilə bir araya gələrək, kayropraktik sahəsindəki ən yeni bilikləri mənimsədim.
Həmçinin Filadelfiyaya səyahətim zamanı özəl kayropraktik texnikalarını böyük ustalıqla tətbiq edən və bu sahədə geniş təcrübəyə sahib olan Levent hoca ilə çalışmaq şansı qazandım. Onun rəhbərliyi altında öyrəndiyim metodlar mənə yeni bir perspektiv qazandırdı.
Bu səfər yalnız peşəkar inkişaf deyil, həm də Amerikanın mədəniyyətini və həyat tərzini kəşf etmək üçün inanılmaz bir təcrübə oldu. Əldə etdiyim bilikləri sizinlə bölüşmək və sağlamlıq yolunda birlikdə irəliləmək mənə həyat eşqidir!
