Ayaq ağrısının səbəbləri və müalicə metodları

Ayaq nahiyəsində ağrıların səbəbi adətən ayaq quruluşuna uyğun olmayan ayaqqabıların istifadəsi, uzun müddət ayaqda durmaq, uzun gəzintilər və ya qaçışlar, zərbələr, burxulmalar və travmalardır.

ayaq ağrısı

Ayaq ağrıların səbəbi adətən ayaq quruluşuna uyğun olmayan ayaqqabıların istifadəsi, uzun müddət ayaqda durmaq, uzun gəzintilər və ya qaçışlar, zərbələr, burxulmalar və travmalardır.

Ən çox müşahidə edilən ayaq ağrısı topuq, baş barmaq və daban nahiyəsində olur. Bəzən bu ağrılar artrit kimi sağlamlıq problemlərinin əlaməti də ola bilər.

Ayaq ağrısına nə səbəb olur?

Ayaq ağrısı ən çox görülən ağrılardan biridir. İnsanların bir çoxu bu ağrı ilə qarşılaşır. Ağrı xroniki və uzunmüddətli, həmçinin kəskin, qəfil və qısamüddətli ola bilər.

Ayaq tək üzv kimi görünsə də, müxtəlif hissələrdən ibarətdir və ağrının səbəbi hər hissə üçün fərqli ola bilər. Ayaq ağrısının səbəbləri bunlardır:

  • Ayaq quruluşuna uyğun olmayan ayaqqabıların istifadəsi
  • Uzun müddət ayaq üstə durmaq
  • Uzun gəzintilər və ya qaçışlar
  • Bükülmə və ya gərginlik
  • Daban mahmısı (şporu)
  • Yaşlanma
  • Barmağın əzilməsi
  • Morton neyroması
  • Periferik neyropatiya
  • Ayağın düz olması
  • Sınıq və ya çıxıq: Sınıqlar və ya çıxıqlar şiddətli ayaq ağrısının səbəbləri arasındadır.
  • Axilles tendonunun qırılması
  • Sinir zədələnməsi
  • Ayaq xoraları
  • Mismar və ya tikan batması
  • Arteriya tıxanması
  • Dərinin qalınlaşması
  • Gut
  • Plantar fasiit
  • Diabetik ayaq
  • Şiş
  • Artrit
  • Batıq dırnaq

Ayaq biləyi ağrısı və səbəbləri

Ayaq biləyi ağrısı biləyinin hər hansı bir nöqtəsinə, o cümlədən ayağın altını dabanla birləşdirən Axilles tendonuna təsir edən ağrı kimi ifadə edilə bilər.

Əzələ-skelet sisteminin bir hissəsi olan ayaq biləyi bədəni daşımağa kömək edən və əslində dayanmağımıza, tarazlığımızı saxlamağımıza və hərəkət etməyimizə imkan verən nöqtələrdən biridir. Ağrının səbəbləri isə  vətər və əzələ zədələnməsi, hündürdaban ayaqqabı və ya ayaq quruluşuna uyğun olmayan ayaqqabıların istifadəsi, burxulma, həddindən artıq yüklənmə, artrit kimi revmatik və ya dayaq-hərəkət sistemi xəstəlikləri ola bilər.

Digər səbəbləri isə aşağıdakılardır:

  • Ayağın sınığı
  • Gut
  • Lupus
  • Kalsifikasiya (kirəclənmə)
  • Artrit
  • Ayaq biləyinin burxulması
  • Tendonit (qıcıqlanmış, iltihablı tendonlar)
  • Düz ayaqlar
  • İnfeksiyalar

Baş barmaq ağrısı və səbəbləri

Baş barmaqdakı ağrının əsas səbəbi baş barmağın əyri olması nəticəsində hərəkətin məhdudlaşdırılmasıdır. Yanlış ayaqqabı istifadəsi, barmaqda sümük çıxıntısı (bunion), ayaq barmağının deformasiyaları, ayaq dırnaqlarının batması, ayaq barmaqlarının zədələnməsi, əyilmə və sınıqlar baş barmaq ağrısına səbəb olur. 

Bundan əlavə, gut və diabet kimi xəstəliklər, ziyillər və dərinin qalınlaşması  baş barmağında ağrının digər səbəbləri arasındadır.

Barmaq ağrısı ilə müşayiət olunan simptomlar:

  • Barmaq deformasiyası
  • Yanma hissi
  • Uyuşma
  • Ziyil
  • Şiş
  • Qızartı
  • Digər oynaqlarda ağrı

Ayaq və daban altında ağrı nədən yaranır?

Ayağın altında hiss edilən ağrının səbəbləri arasında qaçış, dar ayaqqabıların istifadəsi, məşqlər, plantar fasiit və ya Morton neyromasını misal göstərə bilərik. Kobud və ya çatlamış dəri, ziyillər və hətta ayağın altına əlavə təzyiq göstərən ayaq forması ağrının digər səbəblərindəndir. 

Ayağın altındakı ağrını azaltmaq üçün tətbiq edə biləcəyiniz bəzi üsullar bunlardır:

  • İstirahət etmək
  • Hər 2-3 saatdan bir 20 dəqiqə ayaqlara buz kompresləri tətbiq etmək
  • Yumşaq dabanlı ayaqqabılardan istifadə etmək
  • Artıq çəkilərdən qurtulun
  • Ayağı müntəzəm və yüngül məşqlərlə gücləndirməyə çalışmaq

Ayaq ağrısı üçün risk faktorları nələrdir?

  • Ayaq ağrısı problemi; buna müxtəlif xəstəliklər, deformasiyalar, düzgün olmayan ayaqqabı seçimi və ya müxtəlif xəsarətlər səbəb ola bilər.
  •  İnfeksiyalar, viruslar, göbələklər və bakteriyalar da ağrıya səbəb ola bilər.
  • Ayaqların altındakı ziyillər viruslardan qaynaqlanır və iltihab və  ağrıya səbəb ola bilər.
  • Ayaq göbələyi də ayaqlarda iltihab və ağrıya səbəb olur
  • Dırnaq batması ayaq ağrılarının səbəblərindən biridir. 
  • Bundan əlavə, diabet xəstələri immunitet sistemlərinin zəifləməsiiləinfeksiyalara daha həssasdırlar. 
  • Çox sərt və ya çox yumşaq səthlərdə gəzmək, dar və ya hündürdaban ayaqqabılar geymək ayağın ön hissəsində ağrıya səbəb ola bilər. 
  • İdmana uyğun olmayan ayaqqabılar da fəaliyyət zamanı ayaq ağrılarına səbəb olan amillər arasındadır.
  • Bundan əlavə, ayaqlarda ateroskleroz və qan dövranı pozğunluqları da ayaq ağrısına səbəb ola bilər. Bu ağrı xüsusilə məşqdən sonra baş verir.

Ayaq ağrısı üçün nə faydalıdır?

Ev şəraitində ayaq bölgəsindəki ağrıları aradan qaldırmağa kömək edən üsullar bunlardır:

  • Şişkinliyi və/və ya ağrını azaltmaq üçün buz kompresləri tətbiq edin
  • Ayağı elastik bir sarğı ilə sarın
  • Ağrılı ayağı yuxarı qaldırın
  • Ağrı azalana qədər istirahət edin
  • Masaj edin
  • Ayaq quruluşuna daha uyğun gələn və mümkünsə rahat içlikləri olan ayaqqabılardan istifadə edin.
  • Sürtünmə və qıcıqlanmanın qarşısını almaq üçün ayaqqabı yastıqlarından istifadə edin
  • Ayaq biləyi ağrısı üçün, gecə yatarkən ayağı sabitləşdirməyə kömək etmək üçün bir şin və ya ortez taxın.
  • Akupunktur tətbiq edin
  • Reseptsiz satılan ağrıkəsicilərdən istifadə edin

Ayaq Ağrısının Qarşısını Necə Almaq Olar?

  • Yaxşı oturan və dəstəkləyici ayaqqabılar geyinin
  • Dar burunlu və hündürdaban ayaqqabı geyinməkdən çəkinin
  • İdman edərkən isinmə hərəkətlərini unutmayın.
  • Artıq çəkidən qurtulun
  • Ayaqları gücləndirmək və ağrıların qarşısını almaq üçün düzgün məşqlərə əməl edin

Ayaq ağrısını necə müalicə etmək olar?

Ayaq ağrısının müalicəsi ağrının səbəbindən asılı olaraq dəyişir.

Müalicə üsullarına dərman,, dartma, fizioterapiya, immobilizasiya və cərrahiyyə daxildir. Bu müalicələrdən bəziləri xəstənin özü tərəfindən həyata keçirilə bilər. Lakin, bunlar uğursuz olarsa, nəzarət altında bir müalicə tətbiq olunmalıdır. 

  • Ağrı kəsicilərdən istifadə edilə bilər. İstirahət etmək toxumanın sağalmasına imkan verir və ağrıyan nahiyəyə əlavə təzyiqin qarşısını alır.
  • Ayaqlarınıza ağırlıq verməkdə çətinlik çəkirsinizsə, qoltuqaltılardan istifadə edə bilərsiniz.
  • Ağrılı bölgədə həddindən artıq şişlik, təsirlənmiş bölgədəki sinir liflərini sıxaraq ağrını artırır. 
  • Ağrılı bölgəyə buz tətbiq etmək ağrıları aradan qaldırır və şişkinliyi azaldır. 
  • Ayaqlarda ağrı və şişkinliklə mübarizə aparmaq üçün müxtəlif dərmanlardan da istifadə edilə bilər. Bu vəziyyətdə mütəxəssis həkim tərəfindən müayinədən keçmək və lazım gəldikdə müvafiq dərmanlara başlamaq lazımdır.
  • Dəstəkləyici ayaqqabı geyinmək və ayaqyalın gəzməkdən çəkinmək tövsiyə olunur. 
  • Əgər sınıq varsa, onu şin və ya gipslə düzəltmək olar.
  • Kayropraktika üsulu ilə
  • Ayaq gipsi ayağınızın lazım olan istirahəti təmin edə bilər, lakin uzun müddətli immobilizasiya əzələ zəifliyinə və oynaqların sərtliyinə səbəb ola bilər.

Ayaq ağrısı ilə bağlı tez-tez verilən suallar

Gecə və ya istirahət zamanı baş verən ayaq biləyi ağrısının səbəbi nədir?

Ağrılar gecə və ya istirahət zamanı baş verə bilər, lakin nadir hallarda bu ağrı narahatlq yaradır. Gecə saatlarında ayaq ağrısının ümumi səbəbləri arasında hərəkətsizlik, həddindən artıq əzələ gərginliyi, uyğun olmayan ayaqqabı və ya sərt səthə gəzmək, susuzluq, düzgün qidalanmama, həddindən artıq alkoqol qəbulu, hamiləlik, periferik arteriya xəstəliyi və istifadə edilən dərmanlar misal göstərilə bilər.

Ayaq ağrısı hansı xəstəliklərin əlamətidir?

Ayaq ağrısı periferik arteriya xəstəliyi, artrit, diabet və damar xəstəliklərinin əlaməti ola bilər. Ürək və ya diabet xəstəlikləri də ayaqlarda şişlik və ağrıya səbəb ola bilər.