Bel ağrılarının qarşını necə alaq?

İnsanların həkimə müraciət etmələrinin ən çox görülən səbəblərindən biri də bel ağrısıdır

Bel ağrılarının qarşını necə alaq

İnsanların həkimə müraciət etmələrinin ən çox görülən səbəblərindən biri də bel ağrısıdır. Ağır cisimləri qaldırmaq, ani hərəkətlər etmək, əzələlərin burxulması  və zədələr bel ağrısına səbəb olur. Bundan əlavə, onurğa beyni xərçəngi, siyatik, artrit, yırtıq və ya yırtıq disk, böyrək və ya onurğa infeksiyası da bel ağrısının səbəbləri arasındadır.

Tibbdə lum baqo kimi tanınan bel ağrısı, bel nahiyəsində baş verən bütün ağrı növlərini əhatə edən ümumi bir termindir. Bel ağrısı gündəlik fəaliyyətin tamamilə itirilməsinə səbəb ola biləcək ümumi sağlamlıq problemlərindən biridir və yetkin insanların təxminən 80%-də rast gəlinir.

Bel Ağrısının Səbəbləri

Bədənin müəyyən toxumalarının struktur dəstəyi, hərəkəti və qorunması bel nahiyəsinin funksiyaları arasındadır. Buradakı onurğa sümükləri, onurğa ətrafındakı bağlar, bel ətrafındakı əzələlər, fəqərələr arasındakı disklər, onurğa beyni və sinirlər, qarındakı daxili orqanlar və bel nahiyəsini örtən dəri bel ağrılarına səbəb ola bilər.

Bel ağrısının ən çox görülən səbəbləri sinirlərin qıcıqlanması, aşağı belin gərginliyi, sümük və oynaq problemləri və onurğa beynindən çıxan sinir köklərindəki problemlərdir.

Zədələnmə ilə bel nahiyəsində olan bağlar, vətərlər və əzələlər uzanır və bel gərginliyi yaranır. Bölgənin yumşaq toxumalarında gərginliyə bağlı strukturlarda müxtəlif dərəcəli mikroskopik yırtıqlar meydana gələ bilər.

Bel nahiyəsində onurğadan çıxan sinirlər, onurğa beyni köklərindən dəri səthinə qədər istənilən bölgədə mexaniki təzyiq nəticəsində qıcıqlana bilər. Disk xəstəliyi, şingle infeksiyası səbəbiylə sinir iltihabı və sümük problemləri bu amillər arasında sayıla bilər.

Bel nahiyəsində fəqərələr arasındakı disklərin zədələnməsi nəticəsində yaranan sinir qıcıqlanmasına bel radikulopatiyası deyilir. Diskin xarici halqasının aşınması, travmatik zədə və ya hər ikisi səbəbi ilə disk zədələnə bilər.

Doğuş qüsurları, yaşlanma, artrit və ya zədə bel ağrısına səbəb ola biləcək sümük və oynaq xəstəlikləri arasındadır. Skolioz və spina bifida bel ağrısının ən çox görülən anadangəlmə səbəbləridir.

Osteoporozlu yaşlı insanlarda tez-tez bel fəqərələrində və sakrumda sınıqlar baş verə bilər. Bundan əlavə, kortizon dərmanının uzun müddət istifadəsi də bu vəziyyətə səbəb ola bilər. Bu insanlarda hətta ayaqqabı bağlamaq üçün əyilərkən belə sınıqlar meydana gələ bilər.

Bel ağrılarının qarşısını almaq üçün nə edək?

Bir insanın işinə və şəxsi həyatına ciddi şəkildə təsir edə biləcək bel ağrılarını aradan qaldırmaq üçün tətbiq olunan bəzi üsullar var.

Məşq: Bel ağrısı bir insanın hərəkət etməsini və ayağa qalxmasını çətinləşdirə bilər. Qarşısını almaq üçün qısa gəzintilər, üzgüçülük, yoqa və ya digər yüngül idman fəaliyyətləri ilə məşğul olmaq məsləhətdir. Məşq əzələ gərginliyini rahatlaşdırır, təbii ağrı kəsicisi olan endorfinlərin ifraz olunmasına səbəb olur. 

İsti və Soyuq Tətbiq: Bel ağrısını aradan qaldırmağın ən təsirli üsullarından biri də isti və soyuq tətbiqlərdir. Zədədən sonra buz tətbiq etmək bel ağrılarını aradan qaldırmaq üçün faydalıdır. Ağrılı nahiyəyə dəsmala bükülmüş buz paketi təmas edərək zədə nəticəsində yaranan kəskin iltihabı azaltmaq mümkündür. Tətbiq zamanı dəri soyuqdan qorunmalıdır. Tətbiq bir dəfəyə maksimum 20 dəqiqə ərzində edilməlidir. İlk 48 saatın kəskin dövründə soyuq, daha sonra isə isti tətbiq edilməlidir. İsti tətbiq zamanı dərinin yanmasının qarşısını almaq üçün temperatur yaxşı tənzimlənməlidir.

Dartma hərəkətləri: Bel ağrısını aradan qaldırmaq üçün müxtəlif gərmə hərəkətləri istifadə edilə bilər. Hər dartma təxminən 30 saniyə davam etdirilə bilər. 

Erqonomika: Bel ağrılarının qarşısını almaq və azaltmaq üçün iş yerləri erqonomik olaraq dizayn edilməlidir. Belə olan halda insanlar kompüter monitorunu görmək və ya siçandan istifadə etmək üçün qabağa əyilmir. Bundan əlavə, istifadə olunan stol və stul beli dəstəkləməli və ayaqların yerdə möhkəm dayanmasına imkan verməlidir.

Bel ağrılarından xilas olmaq üçün akupunktur, masaj, onurğa manipulyasiyası, PRP və proloterapiya iynələri kimi üsullarından da istifadə edilə bilər.