Bud-çanaq artrozu, bud oynağını təşkil edən qığırdaq səthlərinin köhnəlməsi nəticəsində qasıq nahiyəsində ağrı, bud oynağında sərtlik və hərəkət məhdudiyyəti ilə xarakterizə olunan oynaq xəstəliyidir.
Bud-çanaq artrozu (koksartroz), bud oynağını təşkil edən qığırdaq səthlərinin köhnəlməsi nəticəsində qasıq nahiyəsində ağrı, bud oynağında sərtlik və hərəkət məhdudiyyəti ilə xarakterizə olunan oynaq xəstəliyidir.
Oynaq qığırdağı oynağın ağrısız və rahat hərəkət etməsinə imkan yaradır. Bud-çanaq artrozunda oynaq qığırdağı zədələnmiş və aşınmış olur. Bu dəyişikliklər bud oynağına bağlı olaraq qasıq nahiyəsində ağrıya və hərəkət məhdudiyyətinə səbəb olur.
Bud-çanaq artrozu (koksartorz) nədir?
Bud oynağını təşkil edən qığırdaq səthlərinin hər hansı bir səbəbdən aşınması, zədələnməsi və qığırdağın hamarlığını itirməsi nəticəsində oynağın normal funksiyasını yerinə yetirə bilməməsinə bud artrozu deyilir. Bundan əlavə, bud oynağına bağlı olaraq qasıq nahiyəsində ağrı və hərəkət məhdudiyyəti yaranır.
Bud-çanaq artrozu “koksartroz” kimi də tanınır.
Bud-çanaq artrozu (koksartorz) yaranma səbəbləri nələrdir?
Bud-çanaq artrozu-nun ən çox rast gəlinən səbəbi oynaq iltihabı olan ilkin osteoartritdir. Bu, oynağın zamanla aşınması və köhnəlməsidir. Adətən 60 yaşdan yuxarı insanlarda rast gəlinir və dəqiq səbəbi məlum deyil.
Koksartroza səbəb olan digər amillər:
-
Artıq çəki
-
İrəli yaş
-
Qadınlarda daha çox görülməsi
-
Bud sümüyünün avaskulyar nekrozu
-
Bud oynağında əvvəl baş vermiş sınıqlar
-
Ayaq sümüklərinin bucaqlı fərqləri
-
Romatoid artrit kimi bəzi iltihablı revmatik xəstəliklər
-
Bud oynağının inkişaf qüsuru olan anadangəlmə bud çıxığı
Bud oynağında artrit başladısa, xəstəliyin irəliləməsi demək olar ki, qaçılmazdır. Bu proses nəticəsində oynaq qığırdağı itirilir və sümüklərin bir-birinə sürtünməsi ilə bud artriti daha da ağırlaşır.
Bud-çanaq artoruzu əlamətləri
Qasıq Ağrısı
Bud-çanaq artrozu-nun ən çox rast gəlinən əlaməti qasıq ağrısıdır. Bu ağrı adətən budun ön və orta hissəsinə yayıla bilər. Bəzi hallarda isə bu yaranan ağrı dizə də təsir edə bilər.
Ağrı yavaş-yavaş inkişaf edir və zamanla şiddətlənir. Səhərlər və ya uzun müddət oturduqdan sonra daha çox hiss olunur. Vaxt keçdikcə ağrı istirahət zamanı və ya gecə də baş verə bilər.
Bud-çanaq atrozun-da ağrının xüsusiyyətləri:
-
Qasıqdan başlayıb budun ön hissəsinə yayılan ağrı
-
Nadir hallarda diz ağrısı
-
Qısa məsafə gəzməklə artan ağrı
-
Bud oynağında hərəkət məhdudiyyəti
-
Oynaqda kilidlənmə hissi
-
Hərəkət diapazonunun azalması nəticəsində axsaqlıq
-
Yağışlı havalarda artan ağrılar
Hərəkət məhdudiyyəti
Bud oynağının qığırdaq toxuması zədələndikcə, onun normal fəaliyyəti pozulur və nəticədə xəstənin hərəkət qabiliyyəti azalır. Bundan əlavə, bud-çanaq artrozun-dan qaynaqlanan ağrı da hərəkət məhdudiyyətinə səbəb olur. Ağrılar səbəbindən xəstələr hərəkət etməkdən çəkinirlər.
Bud-çanaq oynağı (Koksartroz) müalicəsi
Bud-çanaq artrozu (koksartroz) baş verdikdə, onu tam müalicə edib əvvəlki sağlam vəziyyətinə qaytaracaq bir üsul yoxdur. Bu, bud oynağı üçün də keçərlidir.
Müasir dövrdə koksartorzun əsas müalicəsi oynaq protezi əməliyyatıdır. Lakin əməliyyata qədər ağrıları azaltmaq üçün bir sıra müalicə üsulları tətbiq olunur.
Bu müalicələr:
-
Fəaliyyətlərin tənzimlənməsi: Ağrıya səbəb olan hərəkətlərdən çəkinmək, pilləkən çıxmamaq, lift istifadə etmək, piyada gəzmək əvəzinə velosiped sürmək.
-
Çəkinin azaldılması: Problemli oynağa düşən yükü azaltmaq üçün çəkinin azaldılması həm ağrıları azaldır, həm də artritin irəliləməsini ləngidir.
-
Fizioterapiya: Bud ətrafı əzələlərin gücləndirilməsi oynaq üzərinə düşən yükü azaldır və ağrıları azaldır.
-
Ağrıkəsici dərmanlar: Mütləq həkim məsləhəti ilə istifadə olunmalıdır. Uzunmüddətli ağrıkəsici istifadəsi böyrək, mədə-bağırsaq sistemi və ürək üçün arzuolunmaz təsirlər yarada bilər.
-
Ultrason nəzarətində oynaqdaxili inyeksiyalar: Xəstələrin çoxu oynaqdaxili inyeksiyalardan fayda görür.
Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.