Çiyin ağrıları: Səbəbləri və müalicəsi

Çiyin ağrısı, çiyin oynağında və ya ətrafında hiss edilən fiziki bir narahatlıqdır. Yanlış vəziyyətdən oynaqlardakı iltihablaradək bir çox təhrikedici ünsür çiyin ağrılarına səbəb ola bilər.

çiyin ağrıları

Çiyin ağrısı, çiyin oynağında və ya ətrafında hiss edilən fiziki bir narahatlıqdır. Yanlış vəziyyətdən oynaqlardakı iltihablaradək bir çox təhrikedici ünsür çiyin ağrılarına səbəb ola bilər.

Bu narahatlıq fərdin həyat keyfiyyətinə birbaşa təsir edib məhsuldarlığının düşməsinə də zəmin hazırlayır. 

Çiyin ağrısının səbəbləri

Kişilərdə və qadınlarda çiyin ağrısı hər yaşda görülə bilər. Keçməyən çiyin ağrısı bir çox səbəbə bağlı olaraq inkişaf edə bilər. Çiyin ağrısı yanlış yatma və yanlış vəziyyətdə oturma kimi daha sadə problemlərdən qaynaqlanа bilər.

Ancaq bu ağrılar çiyin çıxıntısı və vətər zədələnmələri kimi daha ciddi səbəblərdən də meydana çıxa bilər.

Bu çərçivədə çiyin ağrısının bəzi səbəbləri aşağıdakı kimi sıralana bilər:

  • Boyun yırtığı və boyun problemləri,
  • Çiyin sıxılma sindromu,
  • Vətər iltihabı (tendinit),
  • Çiyin bursiti,
  • Çiyin çıxıntısı və ya sınığı,
  • Pankreatit,
  • Əzələ zədələnmələri,
  • Çiyin oynağı osteoartriti,
  • Donmuş çiyin,
  • Rotator manşet yırtığı,
  • Ürək tutması,
  • Öd kisəsi, ağciyər və qaraciyər xəstəlikləri,
  • Onurğanın zədələnməsi,
  • Körpücük sümüyünün sınması,
  • Oynaq narahatlıqları,
  • Qolun çatlaması və sınması.

Sağ çiyin ağrısı səbəbləri

Sağ çiyin ağrısı ən çox görülən ağrı növləri arasında yer alır. Sağ çiyində ağrılar; zorlanma, oynaqları işlətmə, məşq zamanı həddindən artıq yüklənmə kimi səbəblərdən qaynaqlanа bilər.

Bu səbəblərə bağlı olaraq inkişaf edən bursit və ya tendinit kimi xəstəliklər də ağrının mənbəyini təşkil edir. Başqa bir sözlə sağ çiyin ağrısına; vətər, oynaq və əzələlərdəki iltihab və ya zədələnmələr səbəb göstərilir.

Sağ çiyin və qol ağrısı, ani bir hərəkət və ya çiyinin üzərinə yatma kimi sadə səbəblərə bağlı olaraq da özünü göstərə bilər.

Sol çiyin ağrısı səbəbləri

Sol çiyin ağrısının səbəbləri arasında fizioloji səbəblər ola biləcəyi kimi daha ciddi xəstəliklər də ola bilər. Yumşaq toxuma zədələnməsi, oynaqlarda əhəngləşmə, sinir sıxılması, iltihablanma və qan dövranında pozulmalar ən çox görülən sol çiyin ağrısı səbəbləri arasında yer alır.

Xüsusilə sinir sıxılması və ya iltihablanma şiddətli və kəskin ağrılara səbəb ola bilər. “Sol çiyin ağrısı niyə olur?” sualına cavab olaraq donuq çiyin sindromu da verilə bilər. Donuq çiyin sindromu daha çox hərəkətsiz həyat tərzini mənimsəyən və ya uzun müddət yataq istirahəti edən şəxslərdə görülür.

Sol çiyin və qol ağrısı müxtəlif ürək problemlərinin də xəbərdarlığı ola bilər. Bu baxımdan sol çiyin ağrısının ürək tutmasının bir əlaməti olduğunu deyə bilərik. Xüsusilə qəflətən hiss edilən sol çiyin və ürək ağrısı təhlükəli hesab edilir.

Bütün bunlarla yanaşı, sol çiyin və boyun ağrısı arasında da bir əlaqə var. Boyun yırtığı da sol çiyin ağrısına səbəb olan əsas səbəblərdən biridir.

Çiyin ağrısı əlamətləri

Çiyin ağrısı altında yatan səbəblərə bağlı olaraq bəzi klinik əlamətlər göstərə bilər.

Çiyin ağrısına yoldaşlıq edən simptomlardan bəziləri aşağıdakı kimi sıralana bilər:

  • Çiyin oynağında həssaslıq yaranması,
  • Çiyində sərtlik hiss etmə,
  • Çiyin və ətrafında ödem və ya şişkinlik meydana gəlməsi,
  • Çiyin oynağında istilik artışı və yanma hissi,
  • Dəridə qızartı yaranması,
  • Ön qolda, qolda və ya əldə uyuşma və ya elektrikləşmə hissi,
  • Çiyin formasında pozulma, çiyinin önündə və ya arxasında çıxıntı yaranması.

Çiyin ağrısına yoldaşlıq edən bu simptomlar fərdin hərəkət qabiliyyətinin məhdudlaşmasına və güc itkisi yaşamasına səbəb ola bilər.

Çiyin ağrısı müalicə üsulları

Çiyin ağrısı müalicəsi narahatlığın mənbəyinə görə fərqlilik göstərir. Uğurlu bir müalicə üçün öncə çiyin ağrısının səbəbi müəyyən edilməlidir.

Bu səbəbdən çiyin ağrısı şikayəti ilə həkimə müraciət edən şəxslərin öncə xəstəlik tarixçəsi dinlənilir. Daha sonra şəxsə fiziki müayinə aparılır və görüntüləmə üsullarından (MRT, rentgen və s.) istifadə edilərək ağrının mənbəyi müəyyən edilir.

Yanlış hərəkət, əzələ zorlanması, çiyinin və ya qolun üzərinə yatma kimi səbəblərə bağlı olaraq ortaya çıxan ağrılar adətən özbaşına keçir. Ancaq ağrı 2 gündən çox davam edirsə və yaxşılaşma göstərmirsə həkimə müraciət etmək lazımdır.

Gün boyu masa başında işləmək kimi hərəkətsiz həyat tərzindən qaynaqlanаn çiyin ağrılarında çox vaxt şəxsə məşq tövsiyə edilir. Həkimin tövsiyə etdiyi boyun və çiyin ağrısı məşqləri gün ərzində asanlıqla edilə bilər.

Zədə və travmaya bağlı inkişaf edən çiyin ağrılarında isə vaxt itirmədən ən yaxın səhiyyə müəssisəsinə müraciət etmək lazımdır. Bu nöqtədə şəxsin səhhətinə görə fizioterapiya və ya cərrahi müdaxilə lazım ola bilər.

Bu məlumatlar işığında çiyin ağrısı aşağıdakı üsullarla müalicə edilə bilər:

  • Çiyin oynağındakı vətər zədələnmələrində oynağın dəstəklənməsi və ödemin nəzarət altına alınması lazımdır. Bu məqsədlə bandaj, çiyin askısı və ortez kimi vasitələr istifadə edilir.
  • Müalicənin bir hissəsi olaraq ağrıkəsici dərmanlar və jellər, anti-inflamatuar dərmanlar və ya kortikosteroidlər təyin edilə bilər.
  • Zədələnən toxuma və əzələlərin sağalması üçün oynaq traksiyası, məşqlər, istilik tətbiqi və manual terapiya kimi müxtəlif fizioterapiya üsullarına müraciət edilir.
  • Sınıq, çıxıq və vətər yırtılması kimi problemlərdə və ya dərman müalicəsi və fizioterapiyaya cavab verməyən hallarda cərrahi müdaxilə gündəmə gələ bilər.

Çiyin ağrısı üçün nə edə bilərik?

Çiyin ağrısı həkim nəzarəti və ya klinik bir müdaxilə tələb etməyən bir problemdən qaynaqlanırsa, ağrıdan əziyyət çəkən şəxslər yaşam sahələrində bəzi sadə müalicə üsulları tətbiq edə bilərlər.

Çiyin ağrısı necə keçir? sualına cavab olaraq aşağıdakı tövsiyələri sıralaya bilərik:

  • Çiyin ağrısının yarandığı bölgəyə soyuq kompres tətbiq edilə bilər. Ağrı nöqtəsinə 10 dəqiqə buz qoyub 10-15 dəqiqə fasilə verilir. Lakin bu işləmi bir neçə gün boyunca gündə 3-4 dəfə tətbiq etmək lazımdır. Buzu bir parçaya bükülmüş halda istifadə etməyə də diqqət edilməlidir.
  • Çiyini zorlayacaq və ağrını təkrarlayacaq hərəkətlərdən çəkinib bir müddət dinlənmək faydalı ola bilər.
  • Asetaminofen və ya ibuprofen tərkibli və iltihab əleyhinə təsir göstərən dərmanlardan kömək alına bilər.
  • Termal jel vasitəsilə kompres tətbiq edilib çiyinlərin yumşalması təmin edilə bilər. Eyni şəkildə ilıq bir duş alaraq bənzər bir təsir yaradıla bilər.
  • Fizioterapevt nəzarətində aparılan fizioterapiya məşqləri çiyin ağrısının azalmasını təmin edə bilər. Xüsusilə rotator manşet problemlərində bu tətbiq müsbət nəticə verə bilər.

Bu tətbiqlərə baxmayaraq çiyin ağrısı davam edirsə və ya ağrının şiddəti yüngülləşmirsə müayinə olunmaq lazım ola bilər.

Çiyin ağrısı üçün məşqlər

Evdə asanlıqla edilə bilən bəzi məşqlər çiyin ağrılarının aradan qaldırılmasına və həyat keyfiyyətinin qorunmasına kömək edə bilər.

Bu məşqləri aşağıdakı kimi sıralaya bilərik:

  • Ağrımayan qolla masadan dəstək alınır və yüngülcə önə doğru əyilir. Ağrıyan qol sərbəst halda önə və arxaya doğru sallanır. Bu hərəkət ağrıyan qola bir ağırlıq alaraq da edilə bilər.
  • Yenə eyni şəkildə masadan dəstək alaraq önə doğru əyilir. Ağrılı qol yumşaldılıb yerçəkiminin ağırlığına buraxılır və sarğac kimi sağa-sola sallandırılır.
  • Arxası üstə uzanaraq qollar çubuq yardımı ilə başın üzərinə qaldırılır. Eyni hərəkət üzüstə uzanarkən qolu geriyə doğru qaldıraraq da edilir.
  • Yenə arxası üstə uzanarkən ağrıyan qol çubuq yardımı ilə yana açılır.
  • Masadan dəstək alıb önə əyilir. Ağrılı qolla sərbəstcə içdən çölə və çöldən içə dairələr çəkilir.
  • Divara dönük şəkildə ayaq üstə durulur. Qol bədənə bitişik ikən dirsək düz bucaq vəziyyətinə gətirilir. Daha sonra əl yumruq edilir və divarı itələməyə çalışılır. Eyni hərəkət üzü divara yan çevirərək və kürəyi divara dayayaraq da təkrarlanır. Lakin bu hərəkət seriyasını edərkən hər dəfə 5-ə qədər saymaq lazımdır.
  • Qol bədənlə bitişik, dirsək düz bucaqdaykən ağrıyan qol biləkdən tutulur. Ağrıyan qolu biləkdən çıxarmağa çalışarkən digər qolla mane olunur. Bu hərəkəti edərkən də 5-ə qədər saymaq lazımdır.
  • Ayaq üstə durarkən bədənlə qolun arasına bir yastıq yerləşdirilir. Qolla yastığı sıxışdırmağa çalışıb 5 saniyə gözlənilir.
  • Yenə ayaq üstə dik durarkən ağrıyan qol öncə önə-yuxarı, sonra yana-yuxarı və ən son düz bir şəkildə arxaya doğru qaldırılır.

Bu məşqlərin çiyin ağrısına yaxşı gəlməsi üçün səhər və axşam olmaqla gündə iki dəfə edilməsi tövsiyə olunur.

Çiyin ağrısının qarşısını almaq üçün nə edə bilərik?

Çiyin ağrısından əziyyət çəkən fərdlər bu ağrını əngəlləmək üçün bəzi addımlar ata bilərlər. Tədbir məqsədli olan üsullar ağrı yaranmadan və ya şiddətini artırmadan tətbiq edilməyə başlanmalıdır.

Çiyin ağrısını əngəlləmək üçün aşağıdakı nöqtələrə diqqət edilə bilər:

  • Kondisionerin birbaşa çiyin bölgəsinə gəlməməsinə diqqət edilməlidir. Bu vəziyyətə xüsusilə avtomobil idarə edilərkən diqqət edilməsi faydalı ola bilər.
  • Oturma vəziyyətində hər iki qol dirsəkdən dəstəklənməlidir. Diqqətli oturmağa həssas yanaşılmalıdır.
  • Çiyini zorlayacaq hərəkətlərdən çəkinilməli, ağır yük daşımamağa da xüsusilə diqqət edilməlidir.
  • Yüksək bir nöqtəyə əşya qoymaq və ya yüksək bir nöqtədən əşya götürmək kimi uzun müddət qolların baş yüksəkliyinin üzərində qalmasını tələb edən hərəkətlərdən uzaq durulmalıdır.
  • Hələ ağrı yaranmamışdırsa, əllər başa, ənsəyə və kürəyə qoyulmalıdır. Bu hərəkət hər gün ən az bir dəfə edilməlidir.
  • Uzun müddət eyni tərəfə yatılmamalı və ortopedik bir çarpayı seçilməlidir.
  • Çiyinə qeyri-bərabər yük qoymamaq üçün çiyin çantası əvəzinə kürək çantası istifadə edilməlidir.
  • Müntəzəm və sağlam bir qidalanma proqramı yaradılması faydalı ola bilər.
  • Alkoqol və siqaretdən uzaq durulmalıdır.

Bu məlumat yalnız maarifləndirmə məqsədi daşıyır və tibbi məsləhət əvəzi deyildir. Hər hansı sağlamlıq problemləri üçün həmişə həkim mütəxəssis ilə məsləhətləşin.