Skolioz əməliyyat olmadan düzəldilə bilən bir xəstəlikdir.
Skoliozun əməliyyatsız müalicəsi mümkündürmü?
Skolioz əməliyyat olmadan düzəldilə bilən bir xəstəlikdir. Aşağı dərəcəli skoliozlu xəstələrdə sağalma və ya sağalma nisbətləri yüksəkdir. Skoliozun növü və dərəcəsindən asılı olaraq müalicədə fərqliliklər ola bilər. Skoliozun yüksək dərəcəsi olan xəstələrə cərrahi müdaxilə tələb olunur. Bununla belə, skoliozun aşağı dərəcəsi olan xəstələr üçün qeyri-cərrahi müalicə variantları mövcuddur.
Skoliozun əməliyyatsız müalicəsi necə edilir?
Skoliozun əməliyyatsız müalicəsinə bizim şöbəmizdə FED aparatından istifadə edilir. FED aparatı rahatcılıqla deyə bilərəm ki, Azərbaycanda yeganə bizim şöbəmizdə var. FED aparatı skolioz pasientlərində dərəcəyə uyğun olaraq və əyriliyin istiqamətinə uyğun olaraq kompresiya tətbiq etmək deməkdir.
Aparatla pasientin kütlə indeksinə görə c-şəklində və yaxud s-şəklində bir əyriliyimiz varsa, biz bu c-şəklindəki əyriliyin əksi istaqəmətdə bu kompresiyanı tətbiq edərək düzgün olacaq simmetriyaya gəlməsi üçün onurğamıza təzyiq göstəririk. Onurğa əyriliklərində bizə əhəmiyyətli dərəcədə kömək olan cihazların biri də ümumi traksiyadır. Bizim burada pasientin kütlə indeksinə görə dartma tətbiq edirik və bu dartmaya əsasən də əyrilik olduğu təqdirdə bu traksiya ilə oynağın sentr yəni mərkəzə doğru geri dönüşünü təmin etməyə çalışmaqdır bu traksiyanın məqsədi.
Elektroterapiya
Elektroterapiya cihazlarımızın əhəmiyyəti ondan ibarətdir ki, fəqərələrimizin sağa, sola dönməsi zamanı var olan əzələ gücsüzlüklərini aradan qaldırmaq. Yəni bizim şöbəmizdə multidesiklinə dediyimiz müalicə növləri tətbiq edilir və bu müalicə növlərinin içərisində də FED, ümumi traksiya, elektroterapiya cihazları və ən əsas da reabilitasiya yəni idman hərəkətləri. İdman hərəkətlərində isə əyriliyə nisbətdə s vari bir əyrilikdə və yaxud c şəkildə əyriliyə uyğun şəkildə o tip əzələlər hansındaki gərginlik, hansındaki spazm varsa ona uyğun şəkildə individual bir reabilitasiya tətbiq edilir.