Uşaqlarda skolioz: Əlamətləri və müalicəsi

Yunanca "əyrilik" mənasına gələn skolioz, tibbdə onurğanın sola və ya sağa doğru əyrilməsinə verilən addır.Körpələrdən böyüklərə qədər cəmiyyətin bir çox təbəqəsini təsir edən skolioz adətən 10-15 yaş arası uşaqlarda inkişaf edir. Hətta bu yaşlarda ən çox görülən onurğa deformasiyası da bu pozğunluqdur.https://www.youtube.com/embed/c13zL2cnpAY?feature=share Uşaqlarda skolioz əlamətləri Uşaqlarda skolioz, geniş şəkildə aşağıdakı əlamətlərlə ortaya çıxır:Onurğanın əyri vəziyyətə …

uşaqlarda skolioz müalicəsi

Yunanca “əyrilik” mənasına gələn skolioz, tibbdə onurğanın sola və ya sağa doğru əyrilməsinə verilən addır.

Körpələrdən böyüklərə qədər cəmiyyətin bir çox təbəqəsini təsir edən skolioz adətən 10-15 yaş arası uşaqlarda inkişaf edir. Hətta bu yaşlarda ən çox görülən onurğa deformasiyası da bu pozğunluqdur.

Uşaqlarda skolioz əlamətləri

Uşaqlarda skolioz, geniş şəkildə aşağıdakı əlamətlərlə ortaya çıxır:

  • Onurğanın əyri vəziyyətə gəlməsi,
  • Bədənin bir tərəfə söykənmə,
  • Çiyinlərin balanssız görünməsi,
  • Qabırğaların bir tərəfə doğru çıxıntı etməsi / nəzərəçarpan kürək sümüyü,
  • Döş qəfəsinin görünüşündə balanssızlıq,
  • Başın əyik durması,
  • Çiyin və ya kalçanın çıxıntı etməsi,
  • Ayaqların uzunluğunun fərqli olması.

Bunların yanı sıra aşağıdakı simptomlar da nevroloji səbəblərlə onurğadakı əyrilik problemlərinə müşayiət edə bilər:

  • Bağırsaq və ya sidik kisəsi funksiyasındakı pozğunluqlar,
  • Bədənin müxtəlif hissələrində tez-tez uyuşma,
  • Qarışqa yürümə hissi,
  • Əzələlərdə gücsüzlük.

Bəzi hallarda isə skoliozlu uşaq heç bir əlamət göstərmir; bununla belə alt və ya orta kürək nahiyəsində yüngül ağrı demək olar ki, bütün hallarda görülür.

Uşaqlarda skolioz səbəbləri

Skolioz geniş şəkildə sağlam olan uşaqlarda inkişaf edir və idiopatikdir; yəni müəyyən bir səbəb olmadan ortaya çıxır. İdiopatik skolioz adlandırılan bu növ onurğa əyriliyi, uşaqlıq və yeniyetməlik dövrünün istənilən nöqtəsində (adətən böyümə atağı ilə birlikdə) birdən başlaya bilər.

Digər növ olan neyromuskulyar skolioz isə zəif əzələlərdən və ya sinirlər səbəbindən yaranır. Adətən serebral iflic, spina bifida və əzələ distofiyası olan uşaqlar risk altındadır. Bundan əlavə bağlayıcı toxuma pozğunluqları da onurğada əyrilik olmasına səbəb ola bilər.

Bəzi hallarda isə bu problem doğumdan etibarən mövcud ola bilər. Lakin onurğadakı sümüklərin deformasiyasına aid problemlər təxminən 10-15 il sonra, uşaqlıq/yeniyetməlik dövründə ortaya çıxmağa meyillidir.

Bunlardan başqa, cinsiyyət və genetik kodlar da onurğa pozğunluqlarının səbəbi kimi qəbul edilir. Uşaqların və gənclərin təxminən 3%-ni təsir edən skolioz qızlarda oğlanlardan daha çox yayılmışdır.

Uşaqlarda skolioz müalicəsi

Uşaqlar çox sürətlə böyüdüyü üçün əyrilik sürətli şəkildə artıb vəziyyət daha da pis hala gələ bilər. Bu səbəbdən ilk diaqnozdan sonra xəstəni müşahidə altında saxlamaq və lazımi müalicəni vaxt itirmədən tətbiq etmək zəruridir.

Uşaqlarda skoliozun müalicəsində xəstəliyin dərəcəsi, uşağın yaşı, ailədəki xəstəlik tarixçəsi və problemin əsas səbəbi vacib təfərrüatlardır. Bununla belə üç fərqli müalicə seçimindən bəhs etmək mümkündür: Müşahidə, onurğa dəstəyi və skolioz əməliyyatı.

Müşahidə yüngül gedən hallarda xəstənin 4-6 ay aralıqla nəzarət edilməsi prinsipinə əsaslanır. Əvvəldə də qeyd etdiyimiz kimi onurğadakı əyriliklə yaşamağa davam etmək mümkündür.

Tövsiyələr

Uşaqlarda skolioz səbəbləri dəqiq olaraq bilinmədiyindən necə qarşısının alınacağı tapılmamışdır. Lakin aşağıdakı tövsiyələri izləmək həm diaqnozdan əvvəl, həm də sonrakı dövr üçün faydalı görünür:

  • Aktiv qalmaq,
  • Düz duruş qəbul etmək,
  • Qarın və kalçanı gücləndiracək idman fəaliyyətlərində iştirak etmək,
  • Futbol, basketbol, xokkey kimi təmasın olduğu idman növlərindən uzaq durmaq,
  • Onurğaya ağırlıq yükləyəcək hərəkətlərdən qaçınmaq.

Bunlarla yanaşı skolioz diaqnozu qoyulduğu halda həkimin də razılığı varsa uşağın aşağıdakı fəaliyyətləri həyata keçirməsi tövsiyə edilir:

  • Bütün əzələlərin eyni vaxtda işləməsini təmin etdiyi üçün müntəzəm olaraq üzmək,
  • Bədənin nüvəsini təşkil edən qarın nahiyəsini inkişaf etdirəcək məşqlər etmək,
  • Çevikliyi artırdığından müntəzəm şəkildə gimnastika etmək.

Düzgün idman həmçinin kürək ağrısının yüngülləşdirilməsi baxımından da təsirlidir.

Bu məqalə ümumi məlumat məqsədilə hazırlanmışdır. Fərdi tibbi məsləhət üçün mütəxəssis həkimə müraciət edin.